image-3333333backend

“İnter” Mayamiyə keçirəm – Messi

image-reklam_sirab_01

Argentina milli futbol komandasının kapitanı, dünya çempionu Lionel Messi bu yay Amerikanın Mayami şəhərinin “İnter” futbol klubuna keçəcək.

Vətəninfo.az-ın məlumatına görə , bu barədə futbolçunun özü məlumat verib. “Barselona”ya qayıtmayacağam. “İnter” Mayamiyə keçirəm”, – deyə futbolçu bildirib.

Hazırkı dünya çempionu Lionel Messinin Fransa PSJ-si ilə müqaviləsi cari mövsümdə başa çatır. Messi 2021-ci ildə Kataloniya “Barselona”sından ayrılaraq bu kluba keçib.

Messinin mövsümün sonunda PSJ-dən ayrılacağı açıqlananda Messinin Barselonaya qayıda biləcəyi ilə bağlı söz-söhbətlər yayılmağa başladı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki