Futbol üzrə İtaliya A seriyasının 6-cı turunda “İnter” “Sassuolo”nu qəbul edib.
Vətəninfo.az xəbər verir ki , Milanda keçirilən görüşün ilk dəqiqələrində və ümumilikdə ilk hissədə “İnter” cüzi üstünlüyü əldə edərək hücumlara, “Sassuolo” isə bütün diqqətini əks-hücumlara yönəldib. İlk hissənin sonunda hesabı “İnter” açıb. Qolu Denzel Dumfries vurub.
İkinci hissənin əvvəlində, 54-cü dəqiqədə Barqinin vurduğu qol sayəsində Sassuolo hesabı bərabərləşdirməyi bacarıb. 9 dəqiqə sonra Sassuolo ikinci qolu vurdu. Qolu Domeniko Berardi vurub.
“İnter” – “Sassuolo” matçı 1:2 hesabı ilə başa çatıb.
Bununla belə, bu turdan sonra da “İnter” A Seriyasının turnir cədvəlinin lideri olaraq qalır.Komandanın 15 xalı var.