image-gulselbackend

“İqtisadi marağı Ermənistan təmin etmir, Azərbaycan təmin edir”

image-reklam_sirab_01

“Ermənistanın və digər başqa ölkənin nə etməyindən və nə deməyindən asılı olmayaraq, regionumuzda qaydaları biz dəyişdik. Necə oldu və kim kömək etdi bu başqa məsələdir. Amma məsuliyyəti biz-Azərbaycan daşıyır. Ona görə də İran Zəngəzurun Ermənistan hissəsində olan bütün rayonlarında belə konsulluq açsa belə, Azərbaycan milli maraqlar zəminində cavab vermək deyil, öz yolunu gedəcək”.

Vətəninfo.az-a açıqlamasında bunu siyasi ekspert Gülsel Səfərova bildirib.

Ekspert vurğulayıb ki,bizim Qafqaz regionu ilə bağlı bəzi ölkələr arasında de-fakto ittifaqlar yaransa belə, bu müəyyən zaman kəsiyində əhəmiyyət daşıyacaq. Sonra yenə də oyun qaydaları bizə görə dəyişəcək:

“Çünki ortada iqtisadi maraq var. İqtisadi marağı Ermənistan təmin etmir, Azərbaycan təmin edir. Dünyada açıq şəkildə oyun gedir. Dünyanın ən böyük banklarından Deutsche Bank və Kredit Suisse-in artıq iflasa uğrayacaqları barədə məlumatlar yayılır. Bu isə o deməkdir ki, dünya 2008-ci ildəki maliyyə böhranından sonra növbəti daha böyük iqtisadi fəlakətlə qarşı-qarşıyadır(iqtsadçılar daha dəqiq təhlil edə bilər). Siyasi tərəfi odur ki, hazırda Azərbaycanın regional transmilli ifrastruktur strategiyası qarşıdan gələn 10-20 ilə hesablanıb. Ukrayna və Rusiya müharibəsi iqtisadı böhranı tezləşdirir. Dünyada maliyyə krızısı olacaqsa, biz hesablanmış regional həllər hesabına bu böhranın yanından minimum zərərlə çıxa bilərik”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki