image-60e8262735df4backend

İran 7 ildən sonra BƏƏ-yə səfir təyin edib

image-reklam_sirab_01

İran 7 ildən sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfir təyin etdiyini açıqlayıb.
Vətəninfo.az İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi Rza Əmirini Əbu-Dabiyə səfir təyin edib.

Qeyd olunub ki, Əmiri yaxın zamanda yeni işinə başlamaq üçün Əbu-Dabiyə gedəcək.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin xaricdəki iranlılar üzrə baş direktoru Rza Əmiri bundan əvvəl İranın Əlcəzair, Sudan və Eritreyadakı səfiri vəzifəsini icra edib.

2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq” ittihamı ilə edam edilib. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları iranlı nümayişçilər tərəfindən yandırılıb.

Bundan sonra Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Sudan İranla diplomatik əlaqələri kəsib, BƏƏ isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirib və Tehran səfiri vəzifəsini icra etmiş Seyf Məhəmməd Ubeyd əz-Zəabini ölkəsinə geri çağırıb.

İki ölkə arasında aparılan danışıqlar nəticəsində 2016-cı ildə BƏƏ-nin Tehrandakı səfiri olarkən ölkəsinə geri çağırılan Seyf Məhəmməd Ubeyd ez-Zəabi təxminən 7-lik fasilədən sonra 9 sentyabr 2022-ci ildə keçmişdəki vəzifəsini icra etmək üçün İrana gəlib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki