image-reklam-veteninfo
image-timthumbbackend

İran ABŞ-a yeni şərtlər təqdim etdi: Yalnız bu halda…

image-reklam-veteninfo

İran ABŞ-la Yaxın Şərqdə davam edən münaqişənin dayandırılması və Hörmüz boğazının açılması ilə bağlı yeni təkliflər irəli sürüb.

Vətəninfo.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, Tehran Qətər vasitəçiləri ilə İranın irəli sürdüyü şərtlərin həyata keçirilməsi yollarını müzakirə edib.

Əraqçi bildirib ki, İran yaxın vaxtlarda Vaşinqtonun cavabını gözləyir. Onun sözlərinə görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə Tehrana çatdırılacaq.

Məlumata görə, danışıqların əsas mövzularından biri Hörmüz boğazının yenidən açılmasıdır. İran boğazın açılmasını müəyyən şərtlərin yerinə yetirilməsi ilə əlaqələndirir.

Bundan əvvəl Reuters ABŞ və İran nümayəndələrinin vasitəçi ölkələrin iştirakı ilə Yaxın Şərqdəki münaqişəyə son qoyulması yollarını müzakirə etdiyini bildirmişdi.

ABŞ Prezidenti Donald Tramp isə İranın əvvəlki təklifini rədd etdiyini açıqlayıb. Bununla belə, Vaşinqton və Tehran arasında vasitəçilər üzərindən təmasların davam etdiyi bildirilir.

İran tərəfi münaqişənin diplomatik yolla həllinə hazır olduğunu bəyan edir. ABŞ rəsmiləri isə mümkün danışıqlarda İranın nüvə proqramı məsələsinin də müzakirə edilməli olduğunu bildirirlər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki