Hörmüz boğazında artan gərginlik fonunda İran ABŞ ilə iyunun 28-nə planlaşdırılan texniki danışıqları ləğv edib.
Vətəninfo.az xəəbər verir ki, bununla bağlı, İranın mərhum ali rəhbərinin ofisinin üzvlərindən Həbibullah Fəzaili məlumat verib. Onun sözlərinə görə, həmin gün keçirilməsi nəzərdə tutulan texniki məsləhətləşmələr İran tərəfinin iştirakdan imtina etməsi səbəbindən baş tutmayıb.
Fəzaili bildirib ki, qərarın əsas səbəbi son günlər İran və ABŞ arasında baş verən qarşılıqlı hərbi zərbələr olub.
O əlavə edib ki, Tehran texniki məsləhətləşmələrin bərpasından əvvəl Vaşinqtonun bir sıra ilkin öhdəlikləri yerinə yetirməsini tələb edir. Bunlara, ilk növbədə, İranın dondurulmuş maliyyə aktivlərinə çıxışın təmin edilməsi daxildir. (


























