image-575e9607ccce4backend

İran: “Aİ və Böyük Britaniyanın sanksiyalarına biganə qalınmayacaq”

image-reklam_sirab_01

Vətəninfo.az  İRNA-ya istinad etdiyi xəbərə görə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Aİ və Böyük Britaniyanın Tehrana qarşı tətbiq etdiyi son sanksiyalarla bağlı açıqlama verib.

Aİ və Böyük Britaniyanın sanksiyalarını pislədiklərini ifadə edən Naser Kənani: “Avropa İttifaqı və Britaniya rejiminin atdığı bu addımlar, İranın nüfuzu ilə bağlı çaşqınlıqlarının, eləcə də İran həqiqətlərini idrak etməkdə çətinlik çəkdiklərinin göstəricisidir. İran bu cür uğursuz siyasətlərə cavab vermək hüququnu özündə saxlayır və tezliklə Avropa İttifaqı və Böyük Britaniyada insan haqlarını pozanlara və terrorizm tərəfdarlarına qarşı yeni sanksiyalar siyahısını açıqlayacaq”-deyə sözçü Kənani deyib.

Qeyd edək ki, Avropa İttifaqı İranda Məhsa Emininin ölümündən sonra başlayan nümayişlərə qarşı müdaxilələrdə iştirak etdiklərinə görə 18 İran vətəndaşı və 19 təşkilata qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

Britaniya da Əli Rza Əkbərinin edamına görə bəzi İran rəsmiləri və təşkilatlarını sanksiya siyahısına saldığını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki