image-1672135219backend

İran Azərbaycanla müharibəyə hazırlaşır? – Video

image-reklam_sirab_01

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) növbəti dəfə video yayaraq Azərbaycanı hədələyib.

Videoda hərbi forma geyindirilmiş uşaqlar guya Qüdsə yola salınır.

Görüntülərdə uşaqlara hərbi forma geyindirilməsi, azyaşlıların hərbiyə cəlb olunması ilə bütün beynəlxalq normalar pozulur. Siyasi və iqtisadi baxımdan çöküş vəziyyətində olan molla rejiminin bu təşəbbüsü də növbəti qərəzli və ikiüzlü addımdır.

Görünən odur ki, İran rejimi öz avantüralarını davam etdirir və bunun üçün beynəlxalq hüququ və adi insani normaları da pozmaqdan çəkinmir. Təbii ki, bu, molla rejiminin Azərbaycana qarşı ilk hədə-qorxu dolu addımı deyil. Azərbaycan cəmiyyəti İkinci Qarabağ müharibəsindən sonra İranın bu cür ikiüzlü siyasətinin, təşəbbüslərinin dəfələrlə şahidi olub.

İran rejimi isə yekun olaraq anlamalıdır ki, Azərbaycanla hədə dili ilə danışmaq onlara heç bir fayda verə bilməz. Azərbaycan öz hərbi gücünü uşaqlara hərbi paltar geyindirərək yox, Vətən müharibəsində, döyüş meydanında bütün dünyaya göstərib. Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi mətkəblərində öyrənilir, təhlil olunur. İran da bu istiqamətdə təhlillər aparsa, daha uğurlu nələrsə öyrənə bilər.

(Trend)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki