image-image_750x_639024fa371d8backend

“İran bizə xəyanət etdi” – Ukraynanın Xarici İşlər Naziri

image-reklam_sirab_01

“Ukrayna hazırda İranın Rusiya Federasiyası ilə hərbi-texniki əməkdaşlıqla bağlı hər bir addımını diqqətlə izləyir. “- Vətəninfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri  Kuleba bildirib.

Onun sözlərinə görə, Kiyev Rusiyaya pilotsuz təyyarələr və digər silahların verilməsinin mənfi nəticələri barədə İran tərəfinə aydın siqnal göndərib.

“Bütün rasional arqumentlər deyir ki, bu əməkdaşlıq məhdudlaşdırılmalıdır. Amma biz Tehranda hansı yekun qərarın veriləcəyini görəcəyik və tezliklə buna uyğun hərəkət edəcəyik. Həmçinin qeyd edim ki, İran bu əməlləri ilə bizə xəyanət etdi.”, – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki