image-reklam-veteninfo
image-1backend

İran bu iddiaları rədd etdi

image-reklam-veteninfo

İranın Londondakı səfirliyi Britaniya mediasında Tehranın RAF Fairford aviabazasına qarşı son hücum planında iştirak etdiyi barədə yayılan məlumatları təkzib edib.

Vətəninfo.az xəbər verir ki, diplomatik missiya bu iddiaları “əsassız və qərəzli” adlandıraraq pisləyib.

Səfirliyin yaydığı bəyanatda bildirilib ki, bu cür məlumatların yayılması, xüsusilə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda, Britaniyada İrana qarşı mənfi ictimai rəyin formalaşdırılmasına xidmət edir.

İran tərəfi həmçinin ölkənin hüquq və qanuni maraqlarını qorumaq üçün müvafiq hüquqi addımlar atmaq hüququnu özündə saxladığını açıqlayıb.

Tehran bununla da Britaniya mediasında yayılan və İranı RAF Fairford aviabazasına qarşı hücum planı ilə əlaqələndirən məlumatlarla bağlı mövqeyini açıq şəkildə ortaya qoyub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki