İran bir neçə raketi Rusiyaya verməkdən imtina edib. Vətəninfo.az xəbər verir ki, bu haqda məlumatı “mehr” agentliyi yayıb. Məlumatda bildirlir ki, İran Rusiya Federasiyasını lazımi miqdarda silahla təmin edə bilməyəcək.
Rusiyanın İrandan Fateh-110 və Zülfüqar ballistik raketlərini alıb- almayacağı hələlik məlum deyil. Çünki İran mediasının yazdığına görə İran Rusiya Federasiyasına yeni silahların təhvil verilməsi məsələsini 2023-cü ilin yazına qədər təxirə salıb.
Ukraynalı hərbi ekspert Oleq Jdanov hesab edir ki, İran Qərbin və ABŞ-ın təzyiqləri altında geri çəkilməyə məcbur olub.
“Məhz bu səbədən Rusiyaya silah ötürülməsini 2023-cü ilə qədər təxirə salıb.”
Ekspert bildirib ki, İran Fateh-110 və Zülfüqar ballistik raketlərini ümümiyyətlə Rusiyaya verməkdən imtina edib.