Vətəninfo.az xəbər verir ki, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani İLNA-ya müsahibəsində Ermənistan və ABŞ-ın birgə hərbi təlim keçirməsi barədə deyib:
“Bu, bir gecədə baş vermədi və gedən proses bunun baş verməsinə və bu həddə çatmasına səbəb olub. Lakin Qərb Rusiyanı zəiflətməyə çalışıb və Rusiya da bunu mümkün edib”.
“Mən çoxdan demişdim ki, Azərbaycan və Ermənistan Qərbə yönələcək. Eyni zamanda bildirdim ki, təkcə Azərbaycan deyil, Qərbə doğru gedəcəyini 10 dəfə düşündüyünüz Ermənistanin indi başı bəlaya girib, ehtiyatlı davranır”, – deyə, diplomat qeyd edib.