image-1672302188_66abackend

İran dövlət televiziyasından Azərbaycana qarşı növbəti TƏXRİBAT – Qarabağı “Arsax” adlandırdılar

image-reklam_sirab_01

Ermənistanın “Regionmonitor.com” saytı yazır ki, ermənilərə xüsusi rəğbət bəsləyən iranlı ekspert Ehsan Movəhhediyan İran dövlət televiziyasının xəbər kanalında Laçın dəhlizinin bağlanmasından danışarkən qondarma “Arsax” terminindən istifadə edib.

Vətəninfo.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, daim anti-Azərbaycan kampaniyası aparmaqda canfəşanlıq edən bədnam ekspert iddia edib ki, Laçın dəhlizini “bağlamaqla” Bakı hansı “humanitar böhran yaradır”.

O, bu dəhlizin Azərbaycan hərbçiləri tərəfindən ekoloji fəallar adı altında “bağlandığını” vurğulayıb.

Movəhhediyan deyib ki, Ermənistan Laçın dəhlizinin “bağlanmasına” etiraz kimi Moskvada keçirilməli olan üçtərəfli görüşdə iştirak etməkdən imtina edib.

Erməni saytı qeyd edir ki, qondarma “Arsax” sözünün İran dövlət televiziyasında işlədilməsi görünməmiş haldır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki