image-1backend

İran əfqan və iraqlı yaraqlıları Suriyanın İsraillə sərhədində cəmləşdirir 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Əfqanıstanlı politoloq və jurnalist Rəzzaq Məmun Əfqanıstandan 1200-ə yaxın istehkamçının Livana göndərilməsi üçün Suriyaya getdiyini bildirib.
Onun sözlərinə görə, onlar əsasən Əfqanıstanın şimal bölgələrindən gələn şiə həzarələrdir.
Məlumata əsasən, noyabrın 12-də Suriya İnsan Haqları Monitorinq Qrupu oktyabr ayı ərzində müxtəlif millətlərdən olan 700-ə yaxın yaraqlının Suriyanın İsraillə sərhəd yaxınlığında yerləşən Qolan təpələrinə yerləşdirildiyini açıqlayıb.
Qeyd edək ki, sözügedən yaraqlıların SEPAH və Hizbullah tərəfindən hazırlandığı bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki