image-reklam-veteninfo
image-1backend

İran ərəb ölkələrinə zərbə endirməklə hədələyir

image-reklam-veteninfo

Reuters agentliyinin diplomatik əlaqələrdən xəbərdar beş mənbəyə istinadən verdiyi məlumata görə, İran Bəsrə körfəzindəki ərəb dövlətlərini ABŞ-ın onun ərazisinə növbəti hücumları halında bölgədəki enerji infrastrukturuna qarşı qisas alacağı barədə xəbərdar edib.

Agentliyin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi vəziyyəti Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin xarici işlər nazirləri, eləcə də Pakistanın Ordu Qərargah rəisi ilə müzakirə edib. O, Vaşinqtonun müttəfiqlərini ABŞ prezidenti Donald Trampı yeni hərbi əməliyyatdan imtina etməyə və diplomatiyaya qayıtmağa inandırmağa çağırıb.

Mənbələr bildirir ki, Tehran ABŞ-ın hücumunun Bəsrə körfəzi ölkələrindəki neft yataqlarına, neft emalı zavodlarına, elektrik şəbəkələrinə, su təchizatı qurğularına, nəqliyyat infrastrukturuna və digər strateji aktivlərə zərbə vura biləcəyini açıq şəkildə bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki