image-324077315_959020782139378_6787679294675326914_nbackend

İran futbol klubları beynəlxalq yarışlardan uzaqlaşdırıla bilər

image-reklam_sirab_01
İranın futbol klublarına Asiya Çempionlar Liqasına qatılmaq üçün lisenziya verilməyə bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə yanvarın 9-da İran Futbol Federasiyasının sədri Mehdi Tac bildirib.
“Əvvəllər klublar qadağa riski ilə üzləşirdi. Bundan sonra peşəkarlıq lisenziyaları sənədlərinin saxtalaşdırılması ilə bağlı hər hansı qayda pozuntusu müşahidə olunarsa, klublarla yanaşı futbol federasiyasının da fəaliyyəti 3 il müddətinə dayandırılacaq”.
Qeyd edək ki, Tehranın “İstiqlal” və “Persepolis” klublarının peşəkar lisenziya maddələri ilə bağlı saxta sənədlər təqdim etdiyinə görə iki il öncə Asiya Futbol Konfederasiyası tərəfindən fəaliyyəti dayandırılıb və bu qadağa son günlər aradan qaldırılıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki