image-img_20230302_075828backend

“İran gözümüzün önündə çökür”

image-reklam_sirab_01

“American İnterprice” İnstitutunun analitiki Maykl Rubin “Washington Examiner” qəzetində “İslam Respublikası gözümüzün önündə çökür” başlıqlı məqaləsində yazır ki, Bayden administrasiyası İran xalqının dərk etdiklərini başa düşəcəyinə ümid edir. İran xalqı üçün gələcək İslam Respublikası ilə mümkün deyil.

Rubin məqaləsində İranın valyuta bazarında dolların məzənnəsinin yüksəlməsinə toxunaraq cəmi bir həftəsonu ərzində 10% artaraq, təxminən 60 min tümənə çatmasından və həmin prosesin bazarın bağlanmasına səbəb olmasından bəhs edib.

İranda fırtına üçün şərait sürətlə yaranır. Qarşıdan Novruz bayramı və qonaqlıqlar gəlir ki, bu da adətən əsas malların inflyasiyasının artması ilə nəticələnək. Bu il də orucluq ayı novruz bayramı ilə yanaşı olduğuna görə, inflyasiyanın tüğyan edəcəyi məlumdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki