image-330791562_935647184527729_6267915015124020354_nbackend

İran hökuməti Xoy zəlzələsindən zərərçəkənlərə verilən çadırlar geri alır və işıqlarını kəsib

image-reklam_sirab_01

Güney Azərbaycanın Xoy bölgəsində zəlzələdən zərərçəkənlərə verilən çadırlar hökumət tərəfindən geri alınıb. Vətəninfo.az xəbər verir ki, bu barədə bölgədə olan sosial media istifadəçiləri məlumat yayıb.

Onların sözlərinə görə, hökumət məmurları elektrik enerjisini kəsərək zərərçəkənləri çadırları tərk edərək zədəli vəziyyətdə olan evlərinə qayıtmağa məcbur edirlər.

Qeyd edək ki, bundan öncə İranın daxili işlər naziri Əhməd Vəhidi zəlzələdən zərərçəkənlər üçün konteyner sığınacaqlar verilməyəcəyini bildirib. Nazirin bu çıxışından sonra təbrizli həkimlər öz vəsaitləri hesaına 40 ədəd konteyner alaraq xoylulara hədiyyə ediblər.

Xatırladaq ki, hazırda Xoyda zəlzələdən zərər çəkən 130 min nəfər çadır düşərgələrində yaşayayır, minlərlə insana çadır verilmədiyi üçün soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki