image-319363277_2741940552606395_1047748195507337565_nbackend

İran hökumətindən sensasion addım: Peyğəmbər səhabəsi haqda serial Ermənistanda çəkilir

image-reklam_sirab_01
Son aylarda İranın Şahrud şəhərində çəkilişlər aparan iranlı rejissor Davud Mirbaqeri və İran teleradio qrupunun rəhbəri Peyman Cəbəlinin rejissorluğu ilə “Salman Farsi” serialı hazırda Ermənistanda çəkilir. Vətəninfo.az
xəbər verir ki, ssenari müəllifi və rejissoru Davud Mirbaqeri, prodüseri Hüseyn Taheri olan “Salman Farsi” serialının Bizans dövrünü əhatə edən son hissələri hazırda Ermənistanda çəkilir. İki ay öncə başlayan və yaxın günlərdə də davam edəcək çəkilişlərin bu hissəsinin bitməsi ilə İranda serialın davamının çəkilişləri davam edəcək.
Tarixi dram janrında olan “Salman Farsi” serialının 2019-cu il yanvarın 11-dən çəkilişlərinə başlanılıb və 60 seriyadan ibarət olacaq. Bu serial İslam Peyğəmbərinin iranlı səhabəsi Salman Farsinin həyatını təsvir edir.
Qəribədir ki, İran hökuməti Peyğəmbər səhabəsi haqda serialı niyə məhz Ermənistanda çəkmək qərarına gəlib? Yoxsa Salman Farsinin o vaxt Ermənistana səfər etdiyini iddia etməyi düşünür?
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki