Hörmüz boğazında neft tankerində partlayış baş verib. İranın Fars xəbər agentliyinin məlumatına görə, İran qüvvələri Tehrandan icazə almadan boğazdan keçməyə çalışan yük gəmisini vurub.
Vətəninfo.az xəbər verir ki, agentliyin məlumatına görə, İran gəmisi zədələnmiş tankerlərin heyətlərini təxliyə etmək üçün boğazın cənub hissəsinə doğru hərəkət edir.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-ın tezliklə İranı məğlub edəcəyinə əmin olduğunu bildirmişdi və onun sözlərinə görə, bu, Hörmüz boğazının blokadasının yaratdığı enerji böhranının öhdəsindən gəlməyə kömək edəcək.


























