“I24” xəbər kanalı ekspertlərə istinadən xəbər verir ki,İran İslam Respublikası, çox güman ki, Suriyada zəlzələdən zərərçəkmiş bölgələrdəki vəziyyətdən istifadə edərək, zərərçəkmiş insanlara yardım adı altında döyüş silahları göndərir.
Vətəninfo.az xəbər verir ki, “Nüvə İranına Qarşı Alyans” təşkilatının siyasi direktoru Ceyson Brodski İsrailin “i24” telekanalına deyib ki, SEPAH və Hizbullah daha öncə də humanitar yardım adı altında müharibə silahları göndəriblər.
Fevralın 9-da İran hökuməti “humanitar yardım” daşıyan təyyarəni Dəməşq hava limanına göndərib.
Brodski açıqlamasında deyib: “Beynəlxalq ictimaiyyət ayıq-sayıq olmalıdır; Çünki İslam Respublikasının kəşfiyyat agentləri, Qüds qüvvələri sızmaq və silah göndərmək üçün əvvəllər də İranın Qızıl Aypara Cəmiyyətindən sui-istifadə hallarına yol verib”.