image-reklam-veteninfo
image-1backend

İran İsfahanla İrəvan arasında birbaşa avireyslər açır 

image-reklam-veteninfo

Ermənistanın “Fly One Armenia” şirkətinin nümayəndələri İsfahan şəhər Ticarət Palatasının üzvləri və Həmkarlar İttifaqının İdarə Heyətinin üzvləri, Şirkətlər və Aviaturizm və Ziyarət Xidmətləri İdarələrinin rəsmiləri ilə görüşüb müzakirələr aparıblar.

Vətəninfo.az xəbər verir ki, görüşdə İsfahanın Turizm və Sənətkarlıq Komissiyasının sədri və İsfahan Ticarət Palatasının Nümayəndələr Şurasının üzvü Mujgan İzədi deyib:

“Biz qurulan planlar və özəl sektor nümayəndələrinin iştirakı ilə İsfahana gələn turların və turistlərin sayını artırmağa çalışırıq. Ona görə də, biz Ermənistanın “Fly One Armenia” şirkətinin İsfahan və İrəvan arasında birbaşa uçuşların təşkil edilməsi təklifini alqışlayırıq.
İsfahanda yaşayan ermənilərin xüsusi dini ayinlər keçirməsi, tarixi xristian dini məkanların olması İrandan kənarda yaşayan ermənilər üçün dini turizm baxımından cəlbedici ola bilər.

İsfahan və İrəvan arasında birbaşa uçuşlar təşkil etməklə, bu potensialdan İsfahana gələn sərnişinlərin sayını artırmaq üçün istifadə edilə bilər.
Eləcə də, müşahidələr göstərir ki, İsfahandan xaricə köçənlərin çoxu hazırda Almaniyada yaşayır. Bu insanlar İsfahana getmək üçün İstanbul marşrutundan istifadə edirlər və İrəvan xaricdə yaşayan iranlılar üçün alternativ yol hesab oluna bilər”.

İsfahan Hava Limanlarının direktoru Əbuzər Ziyayi də deyib: “İsfahan hava limanı həmişə İsfahandan beynəlxalq uçuşların həyata keçirilməsini dəstəkləyib və bu baxımdan biz “Fly One Airlines”-a hava limanının ən faydalı uçuş saatlarını təqdim etməyə çalışırıq”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki