İranın Xarici İşlər Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri Milad Heydəri və Mikdad Mehqaninin qətlinin cavabsız qalmayacağını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, İran İsrailə lazımi vaxtda və lazımi yerdə cavab vermək hüququnu özündə saxlayır.
İran Xarici İşlər Nazirliyi İsrailin Suriya ərazisinə endirdiyi zərbələrin Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünü pozduğunu və beynəlxalq qanunların pozulması olduğunu vurğulayıb.
Bundan əvvəl İsrailin Suriyaya endirdiyi raket zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabiti Milad Heydəri və İnqilab Keşikçiləri Korpusunun hərbi müşaviri Miqdad Mehqaninin öldürüldüyü bildirilirdi.


























