image-bez-nazvaniya-1backend

İran lideri Xameneidən ŞOK AÇIQLAMA: Etirazçılara gül bağışlamalıyıq 

image-reklam_sirab_01

İranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etirazlar davam edərkən, ölkədə gərginlik günü-gündən artır. Vətəninfo.az xəbər verir ki, bu dəfə çoxsaylı  etirazçının ölümü haqqında  danışan İran lideri Ayətullah Əli Xamenei  qalmqallı açıqlama verib.

O, nümayişlərin yatırılmasında iştirak edən İnqilab Keşikçiləri Ordusunun fəaliyyətini yüksək qiymətləndirib.

“Ölkədə etiraz edənlər bu ölkənin düşmənləridir. Biz onlara gül bağışlamalı deyilik”, – Xamenei deyib.

İran lideri Ayətullah Əli Xamenei etirazların yatırılmasında ön sıralarda olan İnqilab Keşikçiləri Ordusuna bağlı könüllü  polisləri də  tərifləyib. SEPAH  üzvlərini qəbul edən Xamenei, “Üsyançılarla mübarizə SEPAH-ın ən  vəzifələrindən biridir. İranın döyüş meydanı küçələrdə olan bir ovuc üsyançı ilə məhdudlaşmır, lakin bu, üsyançılara məhəl qoymamaq demək deyil. İstənilən üsyançı və terrorçu cəzalandırılmalıdır”.-deyə dini lider bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki