image-bez-nazvaniyabackend

İran mediasından həyasızcasına yazı: “Bakı İranın qırmızı xəttini keçir”

image-reklam_sirab_01
İranın daim Azərbaycana qarşı radikal mövqe tutan “Javan Online” saytı yazır ki, son iki ildə Qafqaz regionu çox mühüm hadisələrə “gəbə qalıb”.
Daimi olaraq Azərbaycan haqqında təxribatçı yazılar paylaşan sayt Ermənistanı müdafiə edən yazılar yayımlayır.
Vətəninfo.az xəbər verir ki, ermənipərəst sayt İkinci Qarabağ müharibəsi qüvvələr balansının pozulmasına və müxtəlif aktorların bölgəyə daxil olmasına bəhanə edir.
Sayt yazıda daha sonra bunları qeyd edir: Belə ki, Türkiyə, İsrail və İngiltərə kimi Qərb ölkələri NATO ilə birlikdə regionda öz varlıqlarını təmin etmək üçün uzunmüddətli planlar hazırlayıblar.
Bu arada, Bakının Ermənistanla Qarabağ regionu arasında yeganə kommunikasiya dəhlizi sayılan Laçın dəhlizinin bağlanması istiqamətində son addımları Qafqazda yeni vəziyyət yaradıb. Belə ki, regionda yeni müharibənin başlanması ehtimalı əvvəlkindən daha çox aktuallaşıb.
İranşünas, İrəvan Dövlət Universitetinin professoru Aharun Vardanyan İranın “Müasir Dünya” Araşdırmaları İnstitutuna verdiyi müsahibədə bir neçə əsas suala cavab verib.
Sual: İndiki vəziyyətdə Laçın dəhlizinin bağlanmasının səbəbi nədir?
Vardanyan: Laçın dəhlizini bağlamaqla rəsmi Bakı bir sıra mühüm məqsədlər güdüb: Birinci növbədə “Arsaxı” ermənilərdən boşaltmaq niyyətindədir; Naxçıvanda etdiyi kimi. Belə ki, Naxçıvan keçmişdə ermənilərin məskunlaşdığı ərazi olub, hazırda isə burada heç bir erməni yaşamır. İkincisi, Bakı Laçın dəhlizini kəsməklə Ermənistana təzyiq etmək niyyətindədir ki, İrəvan sonda “saxta” Zəngəzur dəhlizi və ya Turan dəhlizinin açılmasına razı olsun. Halbuki, bu dəhlizin açılması son dərəcə təhlükəlidir və 9 noyabr razılaşmasına zidd hesab olunur…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki