image-330594773_944110340334552_1332981625894884517_nbackend

İran mediasından qərəzli TƏHLİL:Ərdoğan Ermənistan sərhədində hərbi baza tikməklə Tehrana hansı siqnalı verir?

image-reklam_sirab_01

“Zəngəzur dəhlizinin arxasında İran və Türkiyə arasında gizli müharibə: Ərdoğan Ermənistan sərhədində hərbi baza tikməklə Tehrana hansı siqnalı verir?”
Vətəninfo.az xəbər verir ki, İranın “Entekhab” saytının eksperti Seyid Həmzə Salehi qərəzli yazı dərc edib: “Ankaranın dolayı yolla Əliyev hökumətindən bir alət kimi istifadə edərək öz məqsədləri üçün İrana zərbə endirmək istədiyi bir şəraitdə, İran da geosiyasi işğala səbəb olan bir vəziyyətdə bu ölkənin zəif cəhətlərindən onunla rəqabəti balanslaşdırmaq və idarə etmək üçün istifadə edə bilər.

Qafqaz regionunda davam edən gərginliyə və ara-sıra qarşıdurmalara nəzər salsaq, bölgədə hazırkı vəziyyətin sabit olmayacağı qənaətinə gəlmək olar; Çünki məsələ təkcə ərazi mübahisəsi və münaqişəsi deyil, çoxşaxəli qarşıdurmadır.

Tərəflərdən hər birinin Qafqazda uğurları regional balansı dəyişəcək və onun üstün mövqeyini möhkəmləndirəcək. Məsələn, Zəngəzur dəhlizinin reallaşması “Bakı Respublikasının” və xüsusilə onun havadarlarının geosiyasi gücünün artmasına səbəb olduğu qədər, İran və Ermənistanın da geosiyasi gücünün zəifləməsinə gətirib çıxarır.

Dəhlizin tərifi sadəcə olaraq adi keçid demək deyil. Dəhliz iqtisadi, maliyyə və hüquqi infrastrukturlara əsaslanan bir konsepsiyadır və iqtisadi tərəqqi, tranzit, mal mübadiləsi və xarici ticarət məqsədi ilə ölkələr arasında nəqliyyat üçün təhlükəsiz keçid yaratmaq məqsədilə quru və dəniz yolu ilə işə salınır…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki