image-8backend

İran mediasının təlaşına səbəb nədir?: “ İsrail İran sərhədləri boyunca fəallaşır”

image-reklam_sirab_01
Son günlər İran mediası biri- birinin ardınca təlaş dolu yazılar dərc edir. Vətəninfo.az xəbər verir ki, bu dəfə “İran diplomatiyası” saytı daha bir təlaşlı yazı dərc edib. Nəşr yazır: “Ötən cümə axşamı İsrailin xarici işlər naziri Eli Koen ölkəsinin Türkmənistanın paytaxtı Aşqabaddakı səfirliyinin açılışını edib. Aşqabadla İran sərhədi arasında 17 km məsafə var və bu şəhəri İran sərhəd keçid məntəqəsi ilə 45 km uzunluğunda yol birləşdirir. Hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Aşqabadda İsrail səfirliyinin açılış mərasimi keçirilib. Tədbirə qatılan qonaqlar arasında BƏƏ, Ukrayna və ABŞ səfirləri də olub.
İranın blokadası, Tehran üçün həyəcan siqnalı?
Mövzu ilə bağlı Reuters İsrailin Türkmənistanda səfirliyinin açılmasına dair hesabatında Aşqabad-Tehran əlaqələrindəki mühüm məqamlara toxunaraq yazır: “Türkmənistanla İran arasında ticarətin həcmi kiçikdir və iki ölkə arasında Xəzər dənizində sərhədlərin bölünməsi və dənizdəki neft-qaz ehtiyatlarından istifadə məsələsində fikir ayrılığı var. Bu fikir ayrılığı Xəzər dənizində Türkmənistandan Avropaya qaz kəmərinin çəkilməsinə mane olub”.
Bu barədə iranlı ekspert Naser Əmin “Şərq” qəzetinə müsahibəsində deyib: “Ola bilsin ki, İsrail İran və Türkmənistan arasında olan bu fikir ayrılığı məqamlarından istifadə etmək və Azərbaycan-İran münasibətlərində baş verənlərə bənzər bir vəziyyət yaratmaq istəyir…”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki