image-1backend

İran məhkəməsi ABŞ-ı 313 milyon dollar təzminat ödəməyə məhkum edib

image-reklam_sirab_01

Vətəninfo.az  İran Ədliyyə Nazirliyinin “Mizan” agentliyinə istinad etdiyi xəbərə görə məhkəmə ABŞ-ı terror qrupları yaratmaqda və idarə etmək günahlandırıb.

Tehran məhkəməsinin qərarına əsasən, ABŞ terror hücumları nəticəsində ölənlərin ailə üzvlərinə 9 milyon 950 min dollar verməlidir. Vaşinqton İran dövlətinə mənəvi zərərə görə 104 milyon dollar, maddi zərərə görə 199 milyon dollar təzminat ödəməlidir.

Qeyd edək ki, 2017-ci il iyunun 7-də İranda mərhum ayətullah Xomeyninin məqbərəsinə və parlamentə silahlı və bombalı hücumlar nəticəsində 12 nəfər həyatını itirib, 43 nəfər yaralanıb. Bu hadisəyə görə DEAŞ terror qrupu məsuliyyəti öz üzərinə götürüb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki