image-22backend

İran Mossad casuslarını həbs ETDİ

image-reklam_sirab_01

İranın Kəşfiyyat Nazirliyi Mossad-a bağlı dörd əməliyyat qrupunun üzvlərinin həbs edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

İran kəşfiyyat orqanlarının səyləri sayəsində Mossad agentliyi ilə əlaqəli dörd əməliyyat qrupu müəyyən edilib və bütün üzvləri həbs edilib.

Qeyd olunur ki, İsrail İranın bir sıra bölgələrində baş verən son iğtişaşlardan istifadə edərək bir neçə hibrid terror əməliyyatı həyata keçirmək niyyətində olub, operativ qruplara rəhbərlik edib, lakin bütün terrorçular hər hansı tədbir görməmişdən əvvəl həbs edilib.

Nazirlik həmçinin bu qrupların lideri ilə bağlı bir Avropa ölkəsində də məlumat aldığını açıqlayıb və təhqiqat başa çatan kimi daha ətraflı məlumat veriləcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki