image-333725413_584084670421332_5480989381909515966_nbackend

İran Norveçdə iranlılara qarşı kibercasusluq edir

image-reklam_sirab_01

İran hökuməti Norveçdə yaşayan müxalif miqrantlara qarşı kibercasusluq edir və əldə etdiyi məlumatlardan insanları təhdid etmək və hətta öldürmək üçün istifadə edir.

Bu haqda Norveç Təhlükəsizlik Polisinin əks-kəşfiyyat bölməsinin rəhbəri Hane Blomberq məlumat verib.
O, Norveç televizyasına müsahibəsində bildirib ki, İranda son etiraz aksiyalarında həbs olunanların Norveçdəki yaxınları İran hökumətinin təhdidlərinə görə susmağa məcbur olublar.
Blomberqin dediyinə görə, Tehran hökuməti Norveçdə yaşayan iranlıların mobil cihazlarını və kompüterlərini sındırmaq və idarə etmək üçün öz kiber imkanlarından istifadə edir.

Norveç Təhlükəsizlik Polisi 2023-cü ilin təhdidlərini qiymətləndirərkən qaçqınlar üzərində rəqəmsal casusluğun ölkəyə qarşı əsas təhlükələrdən biri olduğunu bildirib.

Norveç Təhlükəsizlik Polisinin rəsmisi İranın bu məsələdə mühüm roluna toxunaraq deyib ki, Tehran rejimi bu yolla hökumətə müxalif olanları izləmək üçün istifadə edir.(Gunaz)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki