image-reklam-veteninfo
image-1backend

İran nüvə proqramı ilə bağlı güzəştə gedir? — Sanksiyaların yumşaldılması qarşılığında uranın zənginləşdirilməsi dayandırıla bilər

image-reklam-veteninfo

İran ABŞ sanksiyalarının yumşaldılması müqabilində uranın zənginləşdirilməsini dayandırmağa razılıq verib.

Vətəninfo.az xəbər verir ki, “Əl-Hədəs” telekanalı Pakistandakı mənbələrinə istinadən xəbər verir ki, bu barədə razılaşma İran-ABŞ danışıqlarında iştirak edən vasitəçilərin dəstəyi ilə əldə olunub.

Məlumata görə, Tehran uranın zənginləşdirilməsi fəaliyyətinin dayandırılması qarşılığında Vaşinqtonun sanksiyaları yüngülləşdirməsinə razılıq verə bilər.

İranın rəsmi qurumları isə hələlik bu məlumatı təsdiqləməyib və ya təkzib etməyib.

Qeyd edək ki, bundan əvvəl, sentyabrın 28-də “Axios” nəşri və İsrailin 12-ci Kanalının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş İran aktivlərinin azad edilməsinə hazır olduğunu yazmışdı.

Ravidin məlumatına görə, bunun qarşılığında İranın Vaşinqtonun nüvə proqramı ilə bağlı tələblərini yerinə yetirməsi gözlənilir.

Hazırda “Əl-Hədəs”in yaydığı yeni məlumatın rəsmi təsdiqi yoxdur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki