İran polisi Hədis Nəcəfinin dəfn olunduğu qəbiristanlığa gələn insanları atəşə tutub. Vətəninfo.az xəbər verir ki, İran təhlükəsizlik qüvvələri etiraz zamanı güllələnərək öldürülən Hədis Nəcəfinin 40-cı günü münasibətilə Tehran yaxınlığında toplaşanlara atəş açıb.
Verilən məlumata görə açılan atəş nəticəsində azı 2 nəfər öldürülüb, 11 nəfər isə yaralanıb.