image-66backend

İran prezidenti Qərbi və ABŞ-ı HƏDƏLƏDİ

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Qərb və ABŞ-ın ikiüzlü yanaşmasını pisləyib və deyib ki, onlar İslam Respublikasını zəif göstərmək üçün İranla danışıqlar tələb edirlər.

Onun sözlərinə görə, Qərb ölkələri, xüsusən də ABŞ öz təbliğat kampaniyasında İslam Respublikasını zəif və ölməkdə olan bir dövlət kimi göstərməyə çalışarkən, müxtəlif kanallarla İranı danışıqlara dəvət edir və devirmək planlarının olmadığını vurğulayırlar.

Onun sözlərinə görə, İrandakı son iğtişaşlar zamanı qlobal təkəbbürdən monarxiya tərəfdarlarına qədər müxaliflər, terrorçular, şayiələr və yalanlar yayanlar İslam Respublikasına qarşı birləşiblər.

“Bu gün xalqımız birlik, həmrəylik və bütövlüklə dolub-daşır. Düşmənlər bilməlidirlər ki, bu cür həmrəylik və birliyi heç vaxt məhv edə bilməyəcəklər. Bizim cavabımız amansız olacaq.”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki