image-1backend

İran prezidentinin əlamətdar çıxışı: O, narazı xalqı sakitləşdirərkən İsrail hücumlarından “xəbərsiz oldu”

image-reklam_sirab_01
Prezident İbrahim Rəisinin İran xalqına müraciəti başa çatdı. Onun çıxışı tamamilə sosial-iqtisadi problemlərə həsr olunmuşdu, bu sahədə çoxlu “qələbə hesabatları” və verdiyi çoxsaylı vədlərlə yadda qaldı.
Vətəninfo.az xəbər verir ki, bütün bunlar açıq-aşkar şəkildə cəmiyyətdə, xüsusilə gənclər arasında etiraz əhval-ruhiyyəsini sındırmağa hesablanmışdı.
Maraqlıdır ki, onun çıxışı zamanı nə xarici siyasət, nə İsraillə qarşıdurma, nə də Ukrayna müharibəsi (hansı ki, İran burada Rusiyanın tərəfində olmaqla müharibədə birbaşa iştirak edir) haqda danışılmadı.
O, yanvarın 28-dən 29-na keçən gecə xarici zərbə dronları vasitəsilə İranın hərbi obyektlərinə misli görünməmiş ardıcıl hücumlardan ümumiyyətlə söz açmadı.
Hərçənd ki, onun çıxışından öncə mərkəzi ərəb mediası konkret olaraq bu haqda, bəlkə də hətta çox kəskin reaksiyalar gözləyirdi.
Belə bir çıxış açıq-aşkar daxili auditoriyaya və xarici regional aktorlara bu siqnalı verir ki, rejim stabildir və davam edən kütləvi etirazlara və xaricdən həyata keçirilən zərbələrə baxmayaraq ölkənin problemlərini həll etməkdə qərarlıdır.
Lakin eyni zamanda bu, açıq şəkildə zəiflik nümayiş etdirməkdir- xarici bir dövlət heç bir maneəsiz İran ərazisində hücumlar təşkil edir, lakin prezident özünü elə göstərir ki, qeyri-adi heç nə baş vermir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki