image-63d765b0752edbackend

İran : “ PUA-ların hücum cəhdinin qarşısı alınıb”

image-reklam_sirab_01

“PUA-ların hücum cəhdinin qarşısı alınıb” –Vətəninfo.az xəbər verir ki, bunu Wall Street Journal qəzeti Amerika Birləşmiş Ştatları (ABŞ) səlahiyyətlilərinə istinad etdiyi xəbərində bildirib.

“İsrail İranın İsfahan şəhərindəki Kosmik Araşdırmalar Mərkəzinə məxsus obyektin yanındakı sursat zavodunu bombalayıb”.

İran rəsmiləri hava hücumundan müdafiə sistemlərinin sursat fabrikini hədəf alan “hücum cəhdinin” qarşışının alındığını, 2 ədəd pilotsuz uçuş aparatın məhv edildiyini bildiriblər.

Rəsmilərin açıqlamasında qeyd edilib ki, PUA-ların partlaması nəticəsində fabrikin damında cüzi fəsad əmələ gəlib.

İsfahan qubernatorluğu isə partlayışı təsdiqləyib, insident nəticəsində can itkisinin olmadığını açıqlayıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan hücumu “qorxaqlıq” adlandırıb. Belə hücumlarla ekspertlərin sülh məqsədli nüvə fəaliyyətlərinin qarşısının alına bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, İsfahan millət vəkili Hüseyn Mirzayi də dünən axşam radələrində görünən PUA-ların İsrailə aid olduğunu iddia edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki