image-img_20230110_084637backend

İran rəsmisi: “Yaxında yoxsulların bizə qarşı üsyanı baş verə bilər”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İran parmentinin keçmiş deputatı və hazırda Məsləhət Şurasının üzvü Əhməd Təvəkküli İran iqtidarına bağlı mediaya müsahibəsində deyib: “İranda yoxsulların üsyanı yaxınlaşıb. Bir vaxtlar bir ana 2-3 kq ət bişirirdi, 7-8 nəfər yeyirdi. Amma indi sup da yeyə bilmir”.

Keçmiş millət vəkili hökumət rəsmilərinə “Siz xalqın əlindən sup yeməyini də almısınız. Elə etməyin ki, xalq ayağa qalxaraq qab-qacağı yığışdırsın!”- xəbərdarlıqlı məktub yazdığını bildirir.

Son illərdə ailələrin ümumi xərclərinin təxminən üçdə ikisini təşkil edən iki əsas mal kimi ərzaq və mənzil qiymətlərində inflyasiya səviyyəsi 40%-dən yuxarıdır. Bu yay məzənnənin liberallaşdırılması siyasətinin həyata keçirilməsindən və tərcihli valyutanın ləğvindən sonra ərzaqda inflyasiya səviyyəsi 90%-ə yüksəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki