image-reklam-veteninfo
image-1backend

İran Rəşt–Astara dəmir yolu tikintisinə başlamağa hazırlaşır 

image-reklam-veteninfo

İranda Rəşt–Astara dəmir yolu layihəsinin icrasına yaxın vaxtlarda başlanacağı açıqlanıb. Bu barədə İran Dəmir Yollarının rəhbəri Cabbarəli Zakeri məlumat verib.

Onun sözlərinə görə, layihənin icrasına Rusiyadan ayrılacaq 5 milyard dollarlıq kredit və marşrut üzrə torpaqların tam alınmasından sonra start veriləcək.

Məlumata görə, 162 kilometrlik Rəşt–Astara dəmir yolu beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizinin əsas hissələrindən biri hesab olunur. Layihənin İranın cənub limanlarını Qafqaz, Rusiya və Avropanın dəmir yolu şəbəkəsi ilə birləşdirməsi nəzərdə tutulur.

Bildirilir ki, layihə üzrə İran, Azərbaycan və Rusiya arasında keçirilən son üçtərəfli görüşdə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İran tərəfi hesab edir ki, dəmir yolunun istifadəyə verilməsi Cənubi Asiya ilə Rusiya və Avropa arasında yükdaşımaların müddətini təxminən 45 gündən 21 günə endirə, nəqliyyat xərclərini isə 30 faiz azalda bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki