image-bez-nazvaniya-1backend

İran Rusiyaya qabaqcıl silahların tədarükünü artırmaq niyyətindədir – Mossad

image-reklam_sirab_01

“İran hakimiyyəti Rusiya Federasiyasına qabaqcıl silahların tədarükünü genişləndirməyə çalışır. Tehran öz hərəkətlərini dünya ictimaiyyətindən gizlədir.”- Vətəninfo.az xəbər verir ki, bunu “Mossad”ın rəhbəri David Barnea bildirib.

“Biz İranın  gizli şəkildə  Rusiyaya qabaqcıl silahların tədarükünü həmçinin  uranın zənginləşdirilməsi layihəsini genişləndirməklə bağlı danışıqlarını izləyirik.  Bu region üçün olduqca təhlükəlidir”, – İsrailin Mossad kəşfiyyatının direktoru David Barnea deyib .

Qeyd olunur ki, bu bəyanat Vaşinqtonun Tehran və Moskva arasında “tam miqyaslı müdafiə tərəfdaşlığı” ilə bağlı narahatlığından sonra verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki