image-1backend

İran səfiri: “Araz Yolu Dəhlizinin yaradılmasında qərarlıyıq”

image-reklam_sirab_01

“Araz Yolu Dəhlizinin yaradılmasında qərarlıyıq” –Vətəninfo.az xəbər verir ki, bunu
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
“Biz Araz Yolu Dəhlizi layihəsinin həyata keçirilməsində qərarlıyıq və “Araz” Azad İqtisadi Zonası Qafqazdakı yeni proseslərin mərkəzində dayanır”.
Onun sözlərinə görə, iki ölkənin liderləri son görüşdə Araz Yolu Dəhlizinin yaradılmasına dair razılaşmanın həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
“Azərbaycan Prezidenti Ağbənd-Kəlalə Körpüsü layihəsinin həyata keçirilməsi məqsədilə 8 milyon dollar ayrılması haqqında sərəncam imzalayıb. Azərbaycanın 500 milyon dollarlıq investisiyası hesabına dəmir yolunun birləşdirilməsi layihəsi də həyata keçiriləcək”,- deyə səfir əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki