image-1backend

İran Səudiyyə Ərəbistanı ilə hərbi əlaqələri yaxşılaşdırmağa hazırdır

image-reklam_sirab_01

İran Səudiyyə Ərəbistanı ilə hərbi əlaqələri yaxşılaşdırmağa hazır olduğunu bildirib. Vətəninfo.az xəbər verir ki,   bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri bildirib.

Telefon danışığı zamanı Baqiri və Səudiyyə Ərəbistanının müdafiə naziri ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məhəmməd Baqiri Səudiyyə Ərəbistanı hökumətinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderlərinin fövqəladə zirvə toplantısına ev sahibliyi etmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

Səudiyyə Ərəbistanının müdafiə naziri də öz növbəsində iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın təkmilləşdirilməsi təklifini alqışlayıb.

Tərəflər bir-birlərini ölkələrinə səfərə dəvət ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki