image-image_750x_636350bf3792cbackend

İRAN SƏUDİYYƏ ƏRƏBİSTANINA HÜCUM EDƏCƏKMİ? TEHRAN BUNA CAVAB VERİB 

image-reklam_sirab_01

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani Tehranın Səudiyyə Ərəbistanına hücum planlaşdırması ilə bağlı xəbərləri təkzib edib.

Vətəninfo.az xəbər verir ki, Kənani İran Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyib: İran İslam Respublikası qonşuluq siyasətinə sadiqdir, qarşılıqlı hörmət əsasında və beynəlxalq hüquq çərçivəsində hərəkət edir.

O əlavə edib ki, Tehran regionda sabitliyi və təhlükəsizliyi gücləndirməyə çalışır və qonşu ölkələrlə konstruktiv əməkdaşlığı davam etdirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki