image-332850140_2739891599479616_3821936781627950660_nbackend

İran Təhsil Nazirliyi minlərlə mollanı işə götürüb

image-reklam_sirab_01
İranın Təhsil Nazirliyi “Əmin” layihəsi çərçivəsində 26 min dini təhsil alan tələbəni işə götürüb. Bu barədə təhsil nazirinin müşaviri Həmid Nikzad məlumat verib.
İşə götürülən gənc mollalar məktəb və təhsil ocaqlarında, əsasən ideoloji təbliğatla məşğul olacaqlar.
Qeyd edək ki, bundan öncə İranı təhsil naziri Yusif Nuri ölkədə 40 mindən çox müəllim çatışmazlığı olduğunu desə də, parlamentin təhsil komissiyası müəllim çatışmazlığının daha çox olduğunu bildirib.
Müəllimlərin yetişdirilməsi və işə götürülməsi əvəzinə mollaların təbliğatçı kimi işə götürülməsi təhsil işçiləri tərəfindən narazılıqla qarşılanıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki