image-bez-nazvaniyabackend

İran Türkiyənin yardım təklifini rədd etdi

image-reklam_sirab_01
Türkiyənin Qızıl Aypara Cəmiyyəti İranın onların yardım təklifini rədd etdiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki,bu barədə  Türkiyənin Qızıl Aypara Cəmiyyəti rəsmi Tvitter hesabında bildirib.
“Zəlzələdən sonra İranın Qızıl Aypara Cəmiyyətinə kömək təklifi etsələr də, özlərinin problemin öhdəsindən gələ biləcəklərini deyərək Türkiyənin bu təlifini rədd ediblər. Halbuki , zəlzələdən 3 gün keçməsinə baxmayaraq, Xoy sakinləri soyuqda, şəraiti olmayan çadırlarda yaşayır, dövlət orqanlarına müraciət edəndə isə bağlı qapılarla üzləşirlər.” -deyə məlumatda bildirilir.
İran hökumətinin rəsmiləri zəlzələdən zərər çəkən azərbaycanlılara yardım göstərmək əvəzinə, dünən Xoy şəhərində Qızıl Aypara Cəmiyyətinin anbarına çadır və yardım almaq üçün müraciət edən vətəndaşları su şırnaqları ilə dağıdıblar. Bu da Azərbaycan əhalisinin qəzəbinə səbəb olub.
image-328304752_1387146871824310_6170110285451158372_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki