image-23backend

İran Ukrayna məsələsində Çini dəstəklədi

image-reklam_sirab_01

İran Ukrayna müharibəsinin həlli ilə bağlı Çinin “sülh planı”nı dəstəkləyib. Vətəninfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Digər ölkələrə qarşı əsassız ittihamlar və birtərəfli sanksiyalar da daxil olmaqla, müharibəni alovlandıran münaqişələrə və hərəkətlərə son qoymaq üçün əsl diplomatiyanı gücləndirməyin vaxtı çatıb.

Bununla bağlı İran İslam Respublikası Çinin Ukrayna böhranının siyasi həlli ilə bağlı 24 fevral 2023-cü ildə dərc edilmiş təkliflərini dəstəkləyir.

Tehran israr edir ki, müharibə və birtərəfli sanksiyaları rədd edir, dövlətlərarası mübahisələri həll etmək üçün dialoq və diplomatiyaya üstünlük verir”.

Bundan əlavə, İran sülh nizamlanmasında, eləcə də bəşəriyyətin əzabını yüngülləşdirə biləcək istənilən təşəbbüsdə iştirak etməyə hazırdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki