image-1backend

İran və Ermənistan rəsmiləri Tehranda görüşüblər

image-reklam_sirab_01

Vətəninfo.az Borna Newssaytına istinadən xəbər verir ki, İranın “Araz” Azad İqtisadi Zonasının rəhbəri Məcid Kiyani Tehranda keçirilən Avrasiya sərgisi çərçivəsində Ermənistanın iqtisadiyyat nazirinin müavini ilə görüşdə deyib:
“Araz Azad İqtisadi Zonasının Norduz hissəsi (İran-Ermənistan sərhədi) İranla Avrasiya İttifaqına üzv ölkələr arasında yeganə ümumi quru sərhədidir və bu, bizi bu sahədə logistika və tranzit infrastrukturunu inkişaf etdirməyə sövq edib”.
O, əlavə edib: “Dəmir yolu sektorunda, Culfa-Naxçıvan-İrəvan-Tiflis dəmir yolu marşrutunun canlandırılması Şimal-Cənub Dəhlizi çərçivəsində yükdaşımaların vaxtını və maya dəyərini azaltmaqla yanaşı, həm də bütün qonşu dövlətlərin milli və iqtisadi maraqlarına xidmət edir. Biz Araz Azad İqtisadi Zonası olaraq ümid edirik ki, regional əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirməklə, yaxın gələcəkdə Culfa-Naxçıvan-İrəvan dəmir yolu marşrutunun yenidən açılmasının şahidi olacağıq”.

Görüşdə Ermənistanın iqtisadiyyat nazirinin müavini də bildirib: “Ermənistan bölgədə bütün kommunikasiya marşrutlarının açılmasını və yeni yolların çəkilməsini istəyir və biz də ümid edirik ki, region ölkələrinin bütün iqtisadi sahələrdə, xüsusən də kommunikasiya və tranzit marşrutları sahəsində maksimum əməkdaşlığına şahid olacağıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki