Bu gün İranın müdafiə naziri vəzifəsini icra edən Məcid İbn ər-Rza və Türkiyənin milli müdafiə naziri Yaşar Gülər arasında telefon danışığı baş tutub.
Vətəninfo.az xəbər verir ki, tərəflər söhbət zamanı Tehran və Vaşinqton arasında əldə olunan atəşkəs razılaşmasını, bölgədəki son vəziyyəti, habelə, İran və Türkiyə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
İbn ər-Rza bildirib ki, İran bölgədə sabitliyin bərpasına töhfə vermək və dost, qonşu ölkələrin xahişini nəzərə alaraq ABŞ ilə Anlaşma Memorandumu imzalayıb. Bununla yanaşı, o vurğulayıb ki, Tehran Vaşinqtona etibar etmir.
Nazirin sözlərinə görə, ABŞ-nin öhdəlikləri pozmaq tarixini nəzərə alan İran Silahlı Qüvvələri tam hazırlıq vəziyyətindədir və razılaşmanın hər hansı şəkildə pozulacağı təqdirdə buna müvafiq cavab veriləcək.


























