image-316408118_432038822467779_8365070824680631310_nbackend

İran XİN başçısı Ermənistan xarici işlər naziri ilə görüşüb

image-reklam_sirab_01

Tehranda səfərdə olan  Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan ötən axşam İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla görüşərək danışıqlar aparıb. Vətəninfo.az xəbər verir ki, görüşdə iki dost və qonşu ölkə arasında artan əlaqələrdən məmnunluğunu ifadə edən Əmir-Abdullahiyan İran İslam Respublikasının Qafanda baş konsulluğunun açılmasını hər iki ölkə üçün ticarət mübadiləsini artırmaq və iqtisadi əlaqətlərdə əlverişli perspektivə nail olmaq baxımından praktiki və mühüm addım adlandırıb.

Öz növbəsində Ermənistan xarici işlər nazirinin müavini də İran xarici işlər nazirinin Ermənistana son səfərinə və Qafanda İranın baş konsulluğunun açılmasına toxunaraq, bu addımı iki ölkə əlaqələrinin inkişafı prosesində böyük inkişaf və dönüş nöqtəsi kimi xarakterizə edib: “Ermənistan hökuməti İranın region ölkələrinin suverenliyi və beynəlxalq sərhədlərin dəyişməzliyi ilə bağlı prinsipial və konstruktiv mövqeyini yüksək qiymətləndirir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki