image-reklam-veteninfo
image-1backend

İran XİN: ” Kanada blokadaya son qoyulmasını tələb etmək əvəzinə,  Amerikanın iqtisadi müharibəsini dəstəklədi”

image-reklam-veteninfo

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “X” sosial şəbəkəsində paylaşım edərək Kanadanın ABŞ-nin İrana qarşı sanksiyalarını dəstəkləyən son bəyanatını tənqid edərək yazıb:

“Kanadanın xarici işlər və maliyyə nazirləri öz zorba qonşularına daha çox bac verməyi üstün tutdular.Bu dəfə regionumuzdakı vəziyyətlə bağlı bütün həqiqətləri təhrif edən bir bəyanatla İranı hədəf aldılar. Kanada çox yaxşı bilir ki, ABŞ və İsrailin fevralın 28-də İrana hərbi hücumundan əvvəl Hörmüz boğazı açıq və təhlükəsiz idi. Əgər məsələ həqiqətən də gəmiçilik azadlığıdırsa, nə üçün Kanada ABŞ-nin mühasirəsinə və iqtisadi müharibəsinə son qoyulmasını tələb etmək əvəzinə, Birləşmiş Ştatların hərbi və iqtisadi hücumunu dəstəkləməyi seçib?
Bu davranış strateji çaşqınlıqdan və qorxudulmaya təslim olmaqdan xəbər verir”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki