“Cənab Zelenski bilsin ki, əsassız ittihamlar qarşısınıda İranın səbri hədsiz olmayacaq”. -Vətəninfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Naser Kənani deyib.
Naser Kənanı İranın Ukrayna rəsmilərinin dronlarla bağlı bəyanatına dəfələrlə cavab verdiyinə işarə edərək deyib: “İran Ukraynadakı müharibədə istifadə üçün tərəflərdən biri hər hansı hərbi texnika verməyib”.
ISNA xəbər ajansının məlumatına görə, Kənani deyib: “Biz Ukrayna da daxil olmaqla ölkələrin ərazi bütövlüyünə həmişə hörmətlə yanaşmışıq və cənab Zelenski bilməlidir ki, İranın əsassız ittihamlara qarşı strateji səbri sonsuz olmayacaq”.