Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücumu ilə bağlı açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, Bəqai mətbuat konfransında bildirib ki, həm birbaşa təmaslar, həm də rəsmi mesajlar zamanı Ukrayna rəsmiləri hücumun qəsdən həyata keçirilmədiyini iddia ediblər. Ancaq onun sözlərinə görə, Ukrayna prezidenti də daxil olmaqla müxtəlif açıqlamalar və mövcud dəlillər hadisənin qəsdən törədildiyini göstərir.
XİN sözçüsü qeyd edib ki, Tehran Ukrayna tərəfinin bu iddialarını təsdiqləyəcək konkret addımlar atıb-atmayacağını gözləyir.
Bəqayi vurğulayıb ki, İran Ukraynanı məsuliyyətə cəlb etmək və oxşar hadisələrin gələcəkdə təkrarlanmaması üçün zəruri hesab etdiyi bütün tədbirləri həyata keçirəcək. (IRNA)


























